Uaytdan narazılığa münasibət
22.06.2025 - 14:41
UFC-nin prezidenti Deyna Uayt Bakıda rusiyalı döyüşçü Taqir Ulanbekovun qazaxıstanlı Azat Maksum üzərində qələbəsindən sonra azarkeşlərin hakimlərə qarşı narazılığına münasibət bildirib.
Apasport.az xəbər verir ki, amerikalı sahibkar hakimlikdə problemlərin həmişə mövcud olduğunu vurğulayıb.
Dana Uayt Ulanbekovun hakimlərin yekdil qərarı ilə qalib gəldiyini deyib: "Lakin qərarın səhv olduğu aşkar olunduqda, UFC daxilində uduzan tərəf qalib elan edilir. Bəli, qazaxıstanlı azarkeşlər qəzəblənir, bəli, suallar çoxdur. Lakin hakimlik – bu, əbədi problemdir".
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0