
"Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər”.
Apasport.az xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt deyib.
O, döyüş gecəsindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Öz həyat yoldaşımla bura barədə danışmışam. Azərbaycandan çox gözəl hisslərlə qayıdacam. Bizim üçün əla təcrübə oldu. Dünyadakı hər yeri diqqətdə saxlayırıq, izləyirik. Azərbaycan barədə qərar verərkən, hər kəs buradakı turnirin bir parçası olmaq istəyirdi. Bu, mükəmməldir".
Qeyd edək ki, gecənin əsas döyüşündə Halil Rountri Camal Hilli məğlub edib. Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.