VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək
07.11.2025 - 10:16
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.
Apasport.az xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0