Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib.
Apasport.az xəbər verir ki, assambleyada qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər də keçirilib.
Belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən Con Barotta mükafatına da layiq görülüb.
Qeyd edək ki, tədbir çərçivəsində taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
- “Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
- Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
- Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
- Təmsilçimizdən bürünc medal
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər