Xizək alpinistlərimiz Dünya kubokunda iştirak ediblər
06.04.2025 - 09:46

Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş Dünya kubokunda iştirak ediblər.
Apasport.az xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.
Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub.
Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.
- III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı - FOTO
- Bakıda keçirilən Qran-pridə fransız cütlük qızıl medal qazanıb - FOTO
- Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
- III MDB Oyunlarının biletləri satışda
0
0