Yığmamız İslamiadanı bürünc medalla başa vurub
20.11.2025 - 19:17
Yığmamız İslamiadanı bürünc medalla başa vurub

Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri üçüncü pillədə başa vurub.