İranlı güləşçidən idmançımıza böyük jest - VİDEO
07.08.2024 - 12:17
Ötən gün Yay Olimpiya Oyunlarında bürünc medal şansını da itirən Sabah Şəriəti karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, təmsilçimiz iranlı Dünya çempionu Amin Mirzəzadəyə məğlub olduqdan sonra rəqibi ona gözlənilməz jest edib.
Belə ki, A. Mirzəzadə idmançımızı çiyinləri üzərində gəzdirib.
Xatırladaq ki, İran əsilli Sabah Şəriəti daha əvvəl öz ölkəsini təmsil edirdi. 2013-cü ildə Sabah Şəriəti milliləşdirildi və Azərbaycan yığmasına gətirildi.
- Eldəniz Əzizlinin beşinci dünya çempionluğuna bir addım qaldı
- Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
- Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
- Azərbaycanı dünya çempionatında 23 güləşçi təmsil edəcək
- Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
1
0