Azərbaycan kuboku: “İdman Akademiyası” qələbə qazandı
26.04.2025 - 14:48
Azərbaycan kuboku: “İdman Akademiyası” qələbə qazandı

Qadın həndbolçular arasında Azərbaycan kubokuna start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

“Bakı” və “İdman Akademiyası” 1/4 final mərhələsində üz-üzə gəliblər. Fasiləyə 13:10 hesablı üstünlüklə yollanan nominal qonaqlar qarşılaşmadan qalib ayrılıblar – 30:22.

Qeyd edək ki, 1/4 finalın sabah baş tutacaq oyununda “Təhsil”lə “Qarabağ” üz-üzə gələcək.