Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
07.04.2025 - 13:52
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində daha bir oyun keçirilib.

Apasport.az xəbər verir ki, I-IV yerlər uğrunda matçda "Kür" "Qarabağ"ı qəbul edib.

Mingəçevirdə baş tutan görüşdə qalib müəyyənləşməyib - 27:27.

Kişilərdən ibarət "Kür" kollektivi isə "Qarabağ"ı məğlub edib. Mingəçevir təmsilçisi rəqibini 41:25 hesabı ilə üstələyib.