Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
23.12.2025 - 12:39
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında III turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, qadınların yarışında "Qarabağ" "Təhsil"i (40:13), "Azəryol" "Bakı"nı (25:10), "Kür" isə "İdman Akademiyası"nı (40:23) məğlub edib.
Kişilərin mübarizəsində "Qarabağ" "Dinamo"nu (45:31), "Bakı" "Təhsil"i (37:24), "Kür" "Azəryol"u (27:22) üstələyib.
0
0