
Avqustun 30-dan sentyabrın 3-dək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki, “AHF Arena”da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək.
OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) B qrupunda mübarizə aparacaq.
Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər.