Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliya Həsənova, Dinara Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lyubov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Sabina Smaqina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.
Qeyd edək ki, noyabrın 13-21-də keçiriləcək yarışlarda yığma B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər komandaları ilə mübarizə aparacaq.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib