Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
24.11.2025 - 17:58
Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi iştirak edəcəyi "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, komanda Kosovoda keçiriləcək turnir ərəfəsində hazırlıq prosesini "AHF Arena"da davam etdirir.
Baş məşqçi Səkinat Abasova toplanışa 14 oyunçu dəvət edib.
Qeyd edək ki, milli noyabrın 26-dan 30-dək Priştina şəhərində təşkil olunacaq yarışda Kosovo ilə yanaşı, Böyük Britaniya, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.
0
0