A Seriyası: “İnter” 3 xalı 5 qolla qazandı, “Yuventus”dan xal itkisi
09.02.2026 - 01:44
İtaliya A Seriyasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, lider "İnter" səfərdə "Sassuolo" ilə qarşılaşıb.
Milan təmsilçisi rəqibini 5 cavabsız qolla darmadağın edib.
Günün son matçı isə Turində baş tutub. "Yuventus" azarkeşləri önündə "Latsio" ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
0
0