A Seriyası: Son çempion “Milan”la bacarmadı
29.09.2025 - 09:27

İtaliya A Seriyasında V turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, mövsümə uğursuz başlayan “Fiorentina” səfərdə “Piza” ilə qarşılaşıb.
Gərgin keçən görüşdə qol qeydə alınmayıb və oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun mərkəzi qarşılaşmasında isə “Milan” doğma meydanda “Napoli”ni qəbul edib. Son çempion rəqibini məğlub edə bilməyib. Görüş “Milan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya A Seriyası
V tur
17:00. "Piza" - "Fiorentina" - 0:0
17:00. "Roma" - "Verona" - 2:0
20:00. "Leççe" - "Bolonya" - 2:2
22:45. "Milan" - "Napoli" - 2:1
0
0