A Seriyası: “Yuventus” və “İnter”dən qələbə
02.02.2026 - 01:43
A Seriyası: “Yuventus” və “İnter”dən qələbə

İtaliya A Seriyasında XXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, lider "İnter" səfərdə "Kremoneze" ilə üz-üzə gəlib.

Milan təmsilçisi rəqibini iki cavabsız qolla məğlub edib - 2:0.

"Yuventus" isə "Parma"ya 4:1 hesabı ilə qalib gəlməyi bacarıb.