“Alaves”dən inanılmaz geridönüş: 0:3-dən…
22.03.2026 - 21:46
“Alaves”dən inanılmaz geridönüş: 0:3-dən…

İspaniya La Liqasında XXIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.

"Selta" "Alaves"i qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Komanda ilk hissədə 3 cavabsız qol vurub. 

Lakin ikinci yarı fərqli ssenari ilə keçib. Qonaqlar ardıcıl 4 qol vuraraq geridönüşə nail olub. "Alaves" 4:3 hesablı qələbəni bayram edib.

Qeyd edək ki, "Selta" turnir cədvəlinin 6-cı, "Alaves" isə 15-ci pilləsində qərarlaşıb.