“Barsa” evdə, “Sevilya” səfərdə 3 xal qazanıb
29.09.2025 - 09:19

İspaniya La Liqasında VII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Rayo Valyekano" evində "Sevilya" ilə üz-üzə gəlib.
Oyunun taleyini 1 qol həll edib. Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında "Barselona" öz meydanında "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib.
İspaniya La Liqası
VII tur
16:00. "Rayo Valyekano" - "Sevilya" - 0:1
18:15. "Elçe" - "Selta" - 2:1
20:30. "Barselona" - "Real Sosyedad" - 2:1
23:00. "Real Betis" - "Osasuna" - 2:0
0
0