
İspaniya La Liqasında XXXIV turun daha 2 oyunu keçirilib.
Apasport.az xəbər verir ki, lider "Barselona" səfərdə autsayder "Real Valyadolid"lə qarşılaşıb.
Birinci hissədən sonra kataloniyalılar "Valyadolid"ə 0:1 hesabı ilə uduzublar. Baş məşqçi Hans-Diter Flikin əvəzetmələri ikinci hissədə öz bəhrəsini verib. Rafinya və Fermin Lopes fərqlənərək, "Barselona"ya 3 xal qazandırıblar.
Qeyd edək ki, bu qələbədən sonra lider ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 7-yə yüksəldib.
İspaniya La Liqası
XXXIV tur
20:30. "Las Palmas" – "Valensiya" - 2:3
23:00. "Valyadolid" – "Barselona" - 1:2