“Borussiya” son dəqiqədə sevindi
21.02.2026 - 23:42
“Borussiya” son dəqiqədə sevindi

Almaniya Bundesliqasında XXIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gnü növbəti matçlar keçirilib.

"Bavariya" "Ayntraxt"dan üstün olub - 3:2. "Auqsburq" "Volfsburq"u eyni hesabla məğlub edib.

"Borussiya" isə "Leypsiq" səfərində kritik xal qazanıb. Komanda 1:2 hesabı ilə geridə olsa da, son dəqiqələrdə bərabərlik qolunu vurub - 2:2. 

Qeyd edək ki, "Bavariya" 60 xalla turnir cədvəlinə başçılıq edir.