Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır
10.01.2026 - 01:26
Almaniya Bundesliqasında XVI tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk günündə bir matç keçirilib.
“Borussiya Dortmund” səfərdə “Ayntraxt”la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azarkeşlər 6 qolun şahidi olublar. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 41 xalla “Bavariya” başçılıq edir. 33 xala malik “Borussiya Dortmund” 2-ci, aktivində 29 xal olan “Bayer” isə 3-cü pillədə qərarlaşıb.
0
0