"Çelsi" Acunun komandasına rəhm etmədi
14.02.2026 - 02:05
İngiltərə FA Kubokunda IV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Çelsi" səfərdə "Hall Siti" ilə qarşılaşıb. "Zadəganlar" qarşılaşmada çox da çətinlik çəkməyib. Komanda Petro Netonun het-triki və Estevaonun qolu ilə 4:0 hesablı qələbəyə sevinib.
Günün digər matçı Uelsdə keçirilib. "Reksem" "İpsviç Taun"la üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri Coş Uindassın qolu ilə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bu mərhələyə martın 3-də yekun vurulacaq.
0
0