“Haydenhaym” Bundesliqada qalmağı bacarıb
27.05.2025 - 00:27
“Haydenhaym” Bundesliqada qalmağı bacarıb

Almaniya Bundesliqasında pley-off mərhələsinin ikinci oyunu keçirilib.

Apasport.az xəbər verir ki, Bundesliqada 16-cı yeri tutan "Haydenhaym" II Bundesliqada 3-cü olan "Elvesberq"lə qarşılaşıb.

Tərəflər arasında keçirilən cavab görüşündə sevinən tərəf qonaqlar olub. Oyun "Haydenhaym"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə nəticəsində komanda Bundesliqada qalmağı bacarıb.

Almaniya Bundesliqası
Pley-off, ikinci oyun

22.30. "Elvesberq" - "Haydenhaym" - 1:2

İlk oyun - 2:2