İngiltərə Kuboku: “Siti” və “Nyukasl” növbəti mərhələdə
14.02.2026 - 23:44
İngiltərə Kuboku: “Siti” və “Nyukasl” növbəti mərhələdə

İngiltərə Kubokunda IV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 6 matç keçirilib.

"Mançester Siti" öz meydanında III Liqa təmsilçisi "Salford"la qarşılaşıb. "Şəhərlilər" rəqibini 2:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.

Günün əsas qarşılaşmasında isə "Aston Villa" öz meydanında "Nyukasl"la üz-üzə gəlib. Gərgin keçən matçda azarkeşlər 4 qola şahidlik ediblər. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, IV tura martın 3-də yekun vurulacaq.

İngiltərə Kuboku
IV tur
16:15. "Burton" - "Vest Hem" - 0:1
19:00. "Mançester Siti" - "Salford" - 2:0
19:00. "Börnli" - "Mensfild" - 1:2
19:00. "Norviç" - "Vest Bromviç" - 3:1
19:00. "Southempton" - "Lester Siti" - 2:1
21:45. "Aston Villa" - "Nyukasl" - 1:3