İtaliya Kuboku: “Udineze” və “Kalyari” növbəti mərhələdə
23.09.2025 - 23:52
İtaliya Kuboku: “Udineze” və “Kalyari” növbəti mərhələdə

Futbol üzrə İtaliya Kubokunda 1/16 final mərhələsinin iki oyunu keçirilib.

Apasport.az xəbər verir ki,  "Palermo" səfərdə "Udineze" ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Kalyari" isə doğma meydanda "Frozinone"ni 4:1 hesabı ilə üstələməklə eyni uğura imza atıb.

Qeyd edək ki, "Udineze" 1/8 finalda "Yuventus"la, "Kalyari" isə "Napoli" ilə qarşılaşacaq.