La Liqa: Ev sahibləri turu qələbə ilə başa vurublar
14.05.2025 - 22:57

İspaniya La Liqasında XXXVI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, eyni saatda 2 qarşılaşma baş tutub.
"Vilyareal" öz meydanında "Leqanes"i qəbul edib. Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Turun digər matçında "Alaves" "Valensiya" üzərində 1:0 hesablı qələbəyə sevinib.
İspaniya La Liqası
XXXVI tur
21:00. “Vilyareal” - “Leqanes” - 3:0
21:00. “Alaves” - “Valensiya” - 1:0
0
0