La Liqa: “Real” evdə, “Sevilya” səfərdə 3 xal qazanıb
20.09.2025 - 23:06

İspaniya La Liqasında V turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Real Madrid" öz meydanında "Espanyol"la qarşılaşıb.
Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
Turun digər matçında "Sevilya" səfərdə "Alaves"i 2:1 hesabı ilə üstələyib.
İspaniya La Liqası
V tur
16:00. “Jirona” - “Levante” - 0:4
18:15. “Real Madrid” - “Espanyol” - 2:0
20:30. “Vilyareal” - “Osasuna” - 2:1
20:30. “Alaves” - “Sevilya” - 1:2
0
0