La Liqa: “Valensiya” səfərdən bir xalla qayıdır
23.09.2025 - 22:57
La Liqa: “Valensiya” səfərdən bir xalla qayıdır

İspaniya La Liqasında VI tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Espanyol" "Valensiya" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

Turun digər matçında "Atletik" öz meydanında "Jirona" ilə 1:1 hesablı heç-heçəyə razı olub.

İspaniya La Liqası
VI tur
21:30. "Espanyol" - "Valensiya" - 2:2
21:30. "Atletik" - "Jirona" - 1:1