Mahir oynadı, komandası məğlub oldu
22.08.2025 - 22:33

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, komanda Almaniya II Bundesliqasının III turunda səfərdə "Elversberq"lə qarşılaşıb.
Ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kayzerslautern" 3 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.
0
0