Messi zədələndi, komandası qələbə qazandı
03.08.2025 - 10:22
Messi zədələndi, komandası qələbə qazandı

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi sıradan çıxıb.

Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu Liqa Kubokunun II turu çərçivəsində Meksikanın “Nekaksa” klubu ilə keçirilən oyunda zədələnib.

Messi oyun zamanı rəqib futbolçu ilə toqquşduqdan sonra bud nahiyəsində ağrı hiss edib və qarşılaşmanın 11-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün qalibi penaltilər seriyasından sonra müəyyənləşib. “İnter Mayami” penaltilərdə rəqibinə 5:4 hesabı ilə qalib gəlməyi bacarıb.