Messinin komandası Çempionlar Liqası ilə vidalaşdı
01.05.2025 - 09:35
Messinin komandası Çempionlar Liqası ilə vidalaşdı

СONСAСAF Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” "Vankuver Uaytkeps"lə qarşılaşıb.

Xavyer Maskeranonun yetirmələri 1:3 hesabı ilə məğlub olublar.

İlk matçda da uduzan (0:2) komanda turnirdə mübarizəni dayandırıb.