“Milan” 3 xalı 3 qolla qazandı
16.01.2026 - 01:43
“Milan” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasının XVI turunun təxirə salınmış oyunları keçirilməyə davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Verona” öz meydanında “Bolonya”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Milan” isə “Komo”nu 3:1 hesabı ilə məğlub edib.