Millimizin üzvü oynadı, komandası məğlub oldu
06.10.2025 - 00:11
Millimizin üzvü oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin forvardı Renat Dadaşovun çıxış etdiyi "Motor" Polşa çempionatında növbəti görüşünü keçirib.

Apasport.az xəbər verir ki, Lublin təmsilçisi səfərdə "Rakov"un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov meydana start heyətində daxil olub. 77-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan millimizin üzvü 84-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Motor” 11 turdan sonra 11 xalla turnir cədvəlinin 14-cü sırasında qərarlaşıb.