”Napoli” mübarizəni dayandırdı, “Komo” YARIMFİNALDA
11.02.2026 - 02:15
İtaliya Kubokunda 1/4 final mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, son ölkə çempionu “Napoli” yarışda mübarizəni dayandırıb.
Komanda “Komo”nu qəbul edib. Oyuna qonaqlar fəal başlayıb. İlk hissənin sonlarında Martin Baturina hesabı açıb. Lakin ikinci yarının startında Antonio Varqara hesabı bərabərləşdirib - 1:1.
Əsas və əlavə vaxtda hesab dəyişməyib. Cütün taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan “Komo” yarımfinala vəsiqə qazanıb - 7:6.
Qeyd edək ki, “Komo”nun növbəti mərhələdəki rəqibi “Atalanta” olacaq.
0
0