Premyer Liqa: “Arsenal”dan əzmkar qalibiyyət
29.09.2025 - 09:09

İngiltərə Premyer Liqasının VI turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Aston Villa” doğma meydanda “Fulhem”i qəbul edib.
Dörd qolun vurulduğu görüşdə sevinən tərəf ev sahibləri olub – 3:1.
Günün son qarşılaşmasında isə “Arsenal”, ilk hissəsi “Nyukasl”ın 1:0 hesablı üstünlüyü ilə başa çatan oyunda son dəqiqələrdə əzmkar qələbə qazanıb. London təmsilçisi 84-cü və 90+6-cı dəqiqələrdə vurduğu qollar sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib.
0
0