Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır
17.05.2025 - 00:24
Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır

İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Tottenhem" səfərdə "Aston Villa" ilə qarşılaşıb.

Gərgin keçən oyunda sevinən tərəf ev sahibləri olub. "Aston Villa" rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

İngiltərə Premyer Liqası
XXXVII tur

22:30. “Aston Villa” - “Tottenhem” - 2:0