
İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Vulverhempton" öz meydanında "Brayton"u qəbul edib.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Turun digər görüşündə 19 oyundu məğlub olmayan "Kristal Pelas" səfərdə "Everton"la üz-üzə gəlib.
Azarkeşlər 3 qola şahidlik ediblər. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə Premyer Liqası
VII tur
17:00. "Vulverhempton" - "Brayton" - 1:1
17:00. "Nyukasl" - "Nottingem Forest" - 2:0
17:00. "Everton" - "Kristal Pelas" - 2:1
17:00. "Aston Villa" - "Börnli" - 2:1
19:30. "Brentford" - "Mançester Siti" - 0:1