“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu
17.05.2026 - 23:01
“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu

Türkiyə Super Liqasında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, XXXIV turun son matçları bu gün keçirilib.

Çempion "Qalatasaray" mövsümü məğlubiyyətlə başa vurub. Komanda səfərdə "Kasımpaşa"ya məğlub olub - 0:1.

Gümüş medalçı "Fənərbaxça" "Eyüpspor"u qəbul edib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.

Turun sensasiyası Trabzonda baş verib. "Trabzonspor" "Gənclərbirliyi"nin qarşısında aciz qalıb. Qonaqlar 3:0 hesablı qələbəyə sevinib.