“Qalatasaray”dan növbəti qələbə
27.04.2025 - 22:05
“Qalatasaray”dan növbəti qələbə

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün 4 matç keçirilib.

Lider "Qalatasaray" "Eyüpspor"la qarşılaşıb.

Görüşdə 6 qol vurulub. İlk hissədə Roman Şallai fərqlənib. İkinci yarıda Lukas Torreyra, Viktor Osimhen fərqlənibsə, Alvaro Morata dubl müəllifi olub. "Eyüpspor"un gücü yalnız təsəlli qoluna çatıb. Lukas Klaro adını tabloya yazdırıb.

Bununla da, "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini yenidən 5-ə yüksəldib.

Türkiyə Super Liqası
XXXIII tur
17:00. "Trabzonspor" - "Alanyaspor" 4:3
17:00. "Konyaspor" – "Adana Dəmirspor" 3:1
20:00. "Eyupspor" - "Qalatasaray" 1:5