“Siti” evdə “Tottenhem”ə məğlub oldu
23.08.2025 - 17:33
“Siti” evdə “Tottenhem”ə məğlub oldu

İngiltərə Premyer Liqasında II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Mançester Siti" öz meydanında "Tottenhem"i qəbul edib.

"Şəhərlilər" azarkeşlərini bu görüşdə sevindirə bilməyib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
II tur

15:30. "Mançester Siti" - "Tottenhem" - 0:2