Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı
26.01.2026 - 23:01
Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı

Türkiyə Super Liqasında XIX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün bir matç keçirilib.

"Beşiktaş" səfərdə autsayder "Eyüpspor"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Beşiktaş” 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 15 xalı olan “Eyüpspor” isə 16-cı sıradadır.