Super Liqa: İstanbul derbisində qalib müəyyənləşmədi
04.10.2025 - 22:56
Super Liqa: İstanbul derbisində qalib müəyyənləşmədi

Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Alanyaspor”u qəbul edib.

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Turun mərkəzi görüşündə isə “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran “cimbom” 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.

Görüş elə bu hesabla da yekunlaşıb - 1:1.

Türkiyə Super Liqası
VIII tur
15:30. "Gənclərbirliyi" - "Alanyaspor" - 2:2
18:00. "Kocaelispor" - "Eyüpspor" - 1:0
21:00. "Qalatasaray" - "Beşiktaş" - 1:1