“Yuventus”dan gözlənilməz məğlubiyyət
21.02.2026 - 20:54
İtaliya A Seriyasında XXVI turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Yuventus" meydana çıxıb.
Komanda "Komo"nu qəbul edib.
Oyunda 2 qol vuran qonaqlar qələbəyə seviniblər - 2:0.
Qeyd edək ki, "Yuventus" 46 xalla turnir cədvəlinin 5-ci, "Komo" isə 45 xalla 6-cı pilləsində qərarlaşıb.
İtaliya A Seriyası
XXVI tur
21 fevral
"Yuventus" - "Komo" - 0:2
Qollar: M. Voyvoda, 12, M. Kakere, 61
0
0