Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İslandiyanın paytaxtı Reykyavikdə keçirilən “Reykjavík Open” turnirində yüksək nəticə göstərməyə davam edir.
Apasport.az xəbər verir ki, beynəlxalq qrossmeyster səkkizinci turda ukraynalı Vasil İvançukla heç-heçə edib.
Hazırda Muradlının aktivində 6,5 xal var və o, turnirin lideri olan iranlı Parham Maqsudludan cəmi yarım xal geri qalır.
Digər təmsilçimiz Eltac Səfərli isə səkkizinci turda çinli Şanqlei Luya məğlub olub və hesabında 6 xalla hazırda 9-cu sıradadır.
Turnirin IX turunda Məhəmməd Muradlı ilə Eltac Səfərli bir-birilərinə rəqib olacaqlar.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub