
Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında II turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası hesabat turunda Çexiya ilə heç-heçə edib - 2:2.
Məmmədyarov qalib gəlib, Məmmədov uduzub, Süleymanlı ilə Muradlı isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət Azərbaycan yığması ikinci turda Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib.
Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva partiyanı qələbəylə başa vurub. Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 14-də yekunlaşacaq.