Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, ilin son yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar. Ölkəmiz mundialda 14 şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.
- Azərbaycanlı hakim FIDE-nin elit siyahısında
- Gəncədə beynəlxalq şahmat festivalına start verilib - FOTO
- Şahmatçımız ermənistanlı rəqibini qabaqladı - AVROPA ÇEMPİONU OLDU
- Aydın Süleymanlı və Nicat Abasov Dünya Kubokunda növbəti mərhələdə - FOTO
- Yığmamız dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq