Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda
23.11.2025 - 09:52
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, milli Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
Yekunda qalib bəlli olmasa, komandalar taybrekdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
0
0