Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
08.07.2025 - 09:54
Gürcüstan Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, bu gün azərbaycanlı zəka sahibləri ikinci dövrənin cavab oyunlarına çıxıblar.
Şahmatçılarımız dördü də günü heç-heçə başa vurublar. Nəticədə Ülviyyə Fətəliyeva iki oyundan sonra növbəti mərhələyə yüksəlib. Xanım Balacayeva qazaxıstanlı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Dünya kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollarıdır. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
0
0