Bu gün Azərbaycan milli komandaları Macarıstanın paytaxtı Budapeştdə start götürən Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaqlar.
Apasport.az xəbər verir ki, ilk turda kişi şahmatçılardan ibarət kollektiv İordaniya ilə qarşılaşacaq.
Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək.
Qadınlardan ibarət komanda isə Nikaraqua seçməsini sınağa çəkəcək. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.
- Şəhriyar Məmmədyarov: “Qarabağ” adi komanda deyil“
- Ölkə çempionatı: 1/4 finalın ilk partiyaları keçirilib - FOTO
- Azərbaycan çempionatında 1/4 finalçılar müəyyənləşib
- Ölkə çempionatı: 1/4 finalın ilk iştirakçıları müəyyənləşib - FOTO
- Ölkə çempionatı: 1/8 final mərhələsinin ilk partiyaları keçirilib - FOTO