Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
26.12.2025 - 01:09
Qətərin paytaxtı Doha şəhərində rapid və blits üzrə dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Murad İbrahimli, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Mələk İsmayıl təmsil edir.
Qeyd edək ki, dünya çempionatı 30 dekabr tarixində yekunlaşacaq.

- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
0
0